...

Ümummilli lider Heydər Əliyevin ən möhtəşəm əsəri müstəqil Azərbaycandır - Rauf Əliyev

Siyasət Materials 15 İyun 2024 13:55 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin ən möhtəşəm əsəri müstəqil Azərbaycandır - Rauf Əliyev

Bakı. Trend:

Azərbaycanın tarixinə “Milli Qurtuluş Günü” kimi daxil olan 1993-cü ilin 15 iyun gününün mahiyyətini hər kəs bilir. “Milli Qurtuluş Günü” böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Xalqını, vətənini sevənlər, çətin günlərin acılarını, dəhşətlərini yaşayanlar və hadisələri görənlər üçün 15 iyun əsl Qurtuluş Günü, Azərbaycan dövlətçiliyinin ən zəngin siyasi mübarizəsinin tarixidir. Ölkə müstəqilliyinin ilk illərində ölkədə özbaşınalıq hökm sürürdü, orduda vəziyyət ağır idi. İşğalçı ermənilərin təcavüzü güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı və bu dövrdə gərginləşən siyasi vəziyyət, əhalinin ağırlaşan sosial-iqtisadi vəziyyəti ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir bir liderə ehtiyac olduğunu düşünürdü. Heydər Əliyev yenicə müstəqillik qazanmış ölkəni düşdüyü ağır və çətin vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət idi və bunu xalq özüdə bilirdi. Əslində isə bu seçim bütün Azərbaycan xalqının ürəyinin səsi idi.

İllər sonra Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin bu mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyununda hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”. Ümummilli Lider Heydər Əliyeviv şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, siyasi analizləri, qətiyyəti, uzaqgörənliyi baş verən böhrana son qoydu, xalqımız azərbaycançılıq ideyaları ətrafında sıx birləşdi. Heydər Əliyevin müdrikliyi, qətiyyəti və bacarığı sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu və ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi, dünyəvi dövlət kimi inkişaf etməyə başladı və yaranmış problemlər mərhələli şəkildə həll olundu, ölkədə siyasi sabitlik yarandı. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı çox mühüm əhəmiyyətə malik hadisə idi. Heydər Əliyevin hakimiyyətə qayıdışından qısa zaman sonra həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz müstəqilliyinin dönməzliyini təmin edib, regionda öz mövqelərini möhkəmləndirib, sosial, iqtisadi, mənəvi, psixoloji sahələrdə dirçəliş baş verib. Qısa bir zamanda xaosa son qoyulub, ölkədə vətəndaş həmrəyliyi yaradılıb, dövlət idarəetmə sistemi təkmilləşdirib və ölkənin gələcəyini müəyyənləşdirən iqtisadi əsaslar qurulub.

Ulu Öndər Heydər Əliyev demişdir ki, “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”. Qeyd etmək lazımdır ki, Ümummilli Lider Heydər Əliyev problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyini vacib sayırdı. Əgər ölkədə ictimai-siyasi mühid olmasa, heç bir sosial-iqtisadi proqramdan və yaxud problemlərin həll edilməsi istiqamətindən söhbət gedə bilməzdi. Ulu Öndər Heydər Əliyev öz xilaskarlıq missiyası ilə Azərbaycanın müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı, vətəndaş qarşıdurmasını aradan qaldırdı. Xalqın qurtuluşunu təmin etdi. Heydər Əliyev müdrük siyasətini uğurla davam etdirərək ölkəni məhv olma təhlükəsindən inkişafa doğru istiqamətləndirməyə yönləndirdi və sonrakı bütün həyat fəaliyyətini canından çox sevdiyi Azərbaycana həsr etdi. Yorulmadan dövlətçiliyin qorunub saxlanılması və Azərbaycanın sürətli inkişafı üçün çalışdı. Heydər Əliyev zamanında əməli fəaliyyəti ilə öz adını Azərbaycan tarixinə və hər bir azərbaycanlının qəlbinə qızıl həriflərlə yazdıran şəxsiyyətdir.

Milli Məclisin deputatı,

Rauf Əliyev

Xəbər lenti

Xəbər lenti