...

Milli Məclis Azərbaycan ilə Qırğızstan arasında sazişi ratifikasiya etdi

Siyasət Materials 28 İyun 2024 11:44 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclis Azərbaycan ilə Qırğızstan arasında sazişi ratifikasiya edib.

Trend-in məlumatına görə, parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi və “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Deputatlar sazişin iki ölkə arasında münasibətlərin inkişafına mühüm töhfə verəcəyini bildiriblər.

Xəbər lenti

Xəbər lenti