...

MSK 3 namizədin müraciəti üzrə DSK qərarlarını qüvvədə saxlayıb

Siyasət Materials 16 Sentyabr 2024 12:13 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar parlament seçkiləri ilə əlaqədar 63 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsi üzrə qeydə alınan namizəd Vahid Qocayevin, 11 saylı Binəqədi-Qaradağ Seçki Dairəsindən qeydə alınan namizəd Fəxrəddin Mehdiyevin və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə qeydə alınan namizəd Araz Şahverdiyevin müraciətlərinə baxılıb.

Trend xəbər verir ki, MSK namizədin müraciətini təmin etməyib, DSK-ların qərarları qüvvədə saxlanılıb.

Qeyd edək ki, 63 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsi üzrə Rafael Hüseynov, Aqil Aslanov, Suqra Cabarova, Vüsalə Şükürlü, Elnur Tağıyev, Vahid Qocayev və İlham Mayılov namizəd olub. Seçki bu dairə üzrə Rafael Hüseynovun qələbəsi ilə başa çatıb.

11 saylı Binəqədi-Qaradağ Seçki Dairəsindən Səbinə Xasayeva, Behbud Məmmədzadə, Minəxanım Allahverdiyeva, Vüsal Qurbanlı, Günel Həsənova, Tural Cəfərov, Nicat abbasov, Murad Alışov, Fəxrəddin Mehdiyev, Əli İbrahimov, Telman Ələsgərov və Emil Yusubov namizəd olub. Bu dairə üzrə seçki Səbinə Xasayevanın qələbəsi ilə yekunlaşıb.

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə Ceyhun Məmmədov, Araz Şahverdiyev, Sərdar İsmayılov, Natəvan Ağayeva, Gülçöhrə Hüseynova, Müşfiq Mehdixanov və Hidayət Allahverdi namizəd olub, Ceyhun Məmmədov qalib gəlib.

Xatırladaq ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.

Xəbər lenti

Xəbər lenti