...

QAİ İsveçrə Federal Məclisinin üzvlərinə çağırış edib

Siyasət Materials 20 Sentyabr 2024 16:01 (UTC +04:00)
QAİ İsveçrə Federal Məclisinin üzvlərinə çağırış edib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qərbi Azərbaycan İcması olaraq, Erix Fontobel başda olmaqla İsveçrə Federal Məclisinin bir qrup deputatının bu ölkənin hökumətinə 2024-cü il sentyabrın 19-da göndərdikləri, məzmunca Azərbaycana qarşı qərəzli və təxribat xarakterli iddiaları ehtiva edən sorğusunu qınayırıq.

Trend-in məlumatına görə, bu barədə icmanın bəyanatında deyilir.

Həmin təşəbbüsdə Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilir və ölkəmizə qarşı qeyri-obyektiv mövqe nümayiş etdirilir. Xüsusilə, ermənipərəst mövqedə dayanan, korrupsiyaya batmış LuisMoreno Okamponun qərəzli hesabatlarına istinad edilməsi, sorğunun əsl mahiyyətini üzə çıxarır.

İsveçrəli deputatlar heç vaxt Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlərə, o cümlədən öz ərazisindən yüz minlərlə azərbaycanlını qovmasına, Azərbaycan ərazilərini 30 il işğal altında saxlayaraq əlavə 800 minə yaxın azərbaycanlını öz doğma torpaqlarından didərgin salmasına və onların geri qayıtmaq hüququnu pozmasına dair narahatlıqlarını ifadə etməmişlər. Azərbaycanlıların hüquqlarının kobud şəkildə pozulmasına və Ermənistanda, eləcə də vaxtilə işğal olunmuş ərazilərdə Azərbaycan mədəni irsinin məqsədyönlü şəkildə dağıdılmasına qarşı susqunluq nümayiş etdirmək, İsveçrə parlamentarilərinin qərəzli mövqeyini açıq-aydın göstərir.

İsveçrəli deputatların təhrif edilmiş məlumatlara əsaslanan bu təşəbbüsü regionda sülh və sabitliyə zərbə vurur, etnik qarşıdurmaların qızışdırılmasına xidmət edir. Biz Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə, eləcə də sülhə qarşı yönəlmiş, irqi ayrı-seçkiliyə yol verən bu cür təşəbbüsləri qətiyyətlə pisləyirik.

Biz, Qərbi Azərbaycan İcması olaraq, İsveçrə Federal Məclisinin üzvlərini qərəzli və ədalətsiz təşəbbüslərdən imtina etməyə, Ermənistandan qovulmuş azərbaycanlıların doğma yurdlarına geri qayıtmaq hüququnu tanımağa və bu məsələdə beynəlxalq hüququn tələblərinə uyğun hərəkət etməyə çağırırıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti