Bakı. Trend:
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha iki şəhidin dəfn tarixi məlum olub.
Trend xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Bildirilib ki, sentyabrın 26-da Alıyev Vaqif Sərdar oğlu Gəncə şəhəri Şəhidlər Xiyabanında, Quliyev Mirzəli Müslət oğlu Xocavənd rayonu, Qaradağlı kəndi Şəhidlər Xiyabanında dəfn olunacaqlar.