Bakı.Trend:
Hazırda fabrikdə səhra geyim forması və gündəlik geyimlər istehsal olunur.
Bunu barədə Trend-ə 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" sərgisi çərçivəsində geyim, toxuculuq və zinət əşyaları sahəsində xidmət göstərən Q-STP şirkətindən bildiriblər.
Bildirilib ki, bu formalar ötən ildən etibarən Quru Qoşunlarının ixtiyarına verilib.
"Əvvəlki formalardan rəngi və modelinə görə fərqlənir. Formanın dizaynı da yerli mütəxəssislər tərəfindən hazırlanıb. Fabrikin Quru Qoşunlarını forma ilə təmin etməyə tam gücü çatır. İl ərzində 300 minə yaxın müxtəlif adda forma hazırlanır.
Hazırda formaların istehsalı ilə bağlı digər qoşun növlərimizdən də müraciət var", - məlumatda deyilir.
Qeyd edək ki, 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" sərgisi keçirilir. Paralel olaraq, 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları "Securex Caspian" sərgisi də təşkil edilib. İlk "ADEX" sərgisi 2014-cü ildə təşkil edilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir ki, fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir.
Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkəti və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30000-dən çox qonaq ziyarət edib.