Bakı. Trend:
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında yaxın gələcəkdə Rusiyada potensial danışıqların mümkünlüyünü şərh edib.
Trend bu barədə TASS-a istinadən xəbər verir.
“Rusiya Federasiyasında keçiriləcək BRİKS və ya MDB tədbirləri çərçivəsində Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında görüşün mümkünlüyü onların qərarından asılıdır”, - deyə S.Lavrov qeyd edərək, Moskvanın öz öhdəliklərini yerinə yetirməyə hazır olduğunu vurğuladı.
Qeyd edək ki, oktyabrın əvvəlində Moskvada MDB dövlət başçılarının görüşü, həmin ayın sonunda isə BRİKS sammiti keçiriləcək.