...

Rusiyanın Ermənistanda 60 iri layihəsi var, amma guya bu ölkədən üz döndərib - ŞƏRH

Siyasət Materials 1 Oktyabr 2024 17:58 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya-Ukrayna müharibəsi fonunda Avropada ciddi surətdə resessiya müşahidə olunur.

Bunu Trend-in suallarını cavablandırarkən politoloq İlyas Hüseynov deyib.

O qeyd edib ki, bütün bunlara baxmayaraq, Ermənistan iqtisadiyyatı müəmmalı şəkildə inkişaf edir.

"Ermənistan Rusiya-Ukrayna müharibəsi ilə paralel ixracdan böyük vəsait əldə edir. Bunu da revanşizmin güclənməsinə sərf edir. Zaman-zaman Qərb dairələrində Rusiyaya dəstək olan dövlətlərə də məhdudiyyətlərin təyin olunacağı ilə bağlı fikirlər eşitsək də, Ermənistana gəldikdə, sanki onları görmürlər. Bu da Qərb ölkələrinin siyasi riyakarlığını və ikili standartlarla yürüdülən siyasətini yenidən ortaya qoyur.

Son illər ərzində Ermənistanla Rusiya arasında ticari əlaqələr artıb. Ermənistanın qaz təminatını Rusiyanın "Qazprom" şirkəti həyata keçirir. Dəmiryolları, bank, rabitə, maliyyə kimi xüsusi sahələr də Rusiyanın nəzarəti altındadır. Bununla belə, Ermənistan Qərb mətbuatında Rusiyaya qarşı demarş edən və asılılığını azaltmağa çalışan bir dövlət kimi təqdim olunur".

Siyasi şərhçi Tural İsmayılov bildirib ki, Rusiya Federasiyasının iqtisadiyyat naziri M.Reşetnikov Ermənistan-Rusiya iqtisadi əlaqələrinin nə qədər yüksək səviyyədə olduğunu növbəti dəfə ifşa etmiş oldu.

"Nəzərə almalıyıq ki, üzdə Rusiya ilə Ermənistan arasında siyasi konflikt kəskin səviyyədə olsa da, reallıqda belə deyil. Faktiki olaraq Ermənistanın dövlət iqtisadiyyatında Rusiyanın əzici hökmranlığı mövcuddur.

Reşetnikovun Ermənistanın ÜDM-də Rusiyanın rolunu qeyd etməsi bir xəbərdarlıqdır ki, onların münasibətləri kəskinləşəcəyi təqdirdə, Rusiya əlindəki iqtisadi təsir vasitələrindən istifadə edəcək. Hazırda Ermənistanda Rusiyanın 60 iri biznes layihəsi icra olunur. Bütün bunların qarşılığında Qərb ölkələri siyasi riyakarlıq və ikili standartlar siyasətindən əl çəkmir. Onlar Ermənistana qarşı sanksiyaların qəbul edilməsi təşəbbüsü ilə çıxış etmir. Üstəlik, Ermənistan Qərbdə guya Rusiyadan üz döndərən dövlət kimi təqdim edilir", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti