...

Azərbaycan və Türkiyə Ədliyyə nazirlikləri arasında Anlaşma Memorandumu imzalanıb

Siyasət Materials 4 Oktyabr 2024 14:47 (UTC +04:00)
Azərbaycan və Türkiyə Ədliyyə nazirlikləri arasında Anlaşma Memorandumu imzalanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Türkiyənin Ədliyyə nazirlikləri arasında probasiya və penitensiar sahədə potensialın gücləndirilməsi və əməkdaşlar üçün qarşılıqlı təlimlərin təşkili sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Trend xəbər verir ki, sənədi Azərbaycanın ədliyyə naziri Fərid Əhmədovla Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Bakıda keçirdikləri görüş zamanı imzalayıblar.

F.Əhmədov görüşdə iki qardaş ölkə arasında münasibətlərin xüsusi önəm daşıdığını və müttəfiqlik səviyyəsində uğurla inkişaf etdiyini qeyd edib. O vurğulayıb ki, hüquqi sahədə də əməkdaşlığımız daim genişlənir və inkişaf edir. Bu ilin may ayında iki ölkənin ədliyyə nazirlikləri arasında imzalanmış birgə bəyanatın icrası istiqamətində görülən işlərə toxunan nazir bildirib ki, artıq probasiya sistemi, eləcə də cəzaçəkmə müəssisələrində tibb xidmətinin təşkili sahəsində əməkdaşlıq uğurla həyata keçirilir və bu istiqamətlərdə konkret nəticələr əldə edilib.

Y.Tunç “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" ilə iki qardaş ölkə arasındakı münasibətlərin və əməkdaşlığın daha yüksək səviyyəyə qalxdığını bildirib. Ölkələr arasında ədliyyə sahəsində, eləcə də ədliyyə akademiyaları arasında həyata keçirilən əməkdaşlıqdan bəhs edən türkiyəli nazir əlaqələrin daha da gücləndirilməsinin və təcrübə mübadiləsinin artırılmasının vacibliyini vurğulayıb.

Görüşdə hüquqi yardımla əlaqədar sorğuların daha çevik şəkildə göndərilməsini təmin etmək məqsədilə informasiya texnologiyaları sahəsində əməkdaşlıq, ekstradisiya və məhkumların verilməsi üzrə əməkdaşlığın səmərəliliyinin artırılması və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti