Moskva. Trend:
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında inamla inkişaf edir və irəliləyir.
Bunu Moskvada Trend-in sualını cavablandırarkən Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko Azərbaycan jurnalistlərinə deyib.
“Postsovet məkanının bütün dövlətləri arasında biz qəti şəkildə deyə bilərik ki, son illər Azərbaycan Rusiyanın strateji tərəfdaşı rolunda çıxış edir. Birincisi, ölkə ərazi bütövlüyünü və suverenliyini bərpa edib, inamla inkişaf edir və irəliləyir”, - deyə o bildirib.
Onun sözlərinə görə, ən əsası isə odur ki, Azərbaycan və Ruisya dövlət başçıları arasında etimad, dürüstlük və etibarlılıq mövcuddur.
“Prezidentlər və buna görə də dövlətlər bir-birinə etibar edə bilərlər”, - deyə İ.Korotçenko əlavə edib.