Bakı. Trend:
Bu gün Milli Məclisin payız sessiyası çərçivəsində növbəti iclası keçirilib.
Trend-in məlumatına görə, iclasın gündəliyinə 28 məsələ daxil olunub.
Bunlar aşağıdakılardır:
1. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin
edilməsi haqqında.
2. Z.X.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin
hakimi təyin edilməsi haqqında.
3. Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi
haqqında.
4. Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi
haqqında.
5. Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən
azad edilməsi haqqında.
6. Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi
haqqında.
7. Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən
azad edilməsi haqqında.
8. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili
(ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında”
Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik
edilməsi barədə Konstitusiya Qanunu (II səsvermə).
9. “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər
Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto
Protokolunun və Paris Sazişinin Katibliyi arasında Birləşmiş
Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının iyirmi doqquzuncu sessiyası,
Kioto Protokolunun Tərəflər Görüşünün on doqquzuncu sessiyası,
Paris Sazişinin Tərəflər Görüşünün altıncı sessiyası və Köməkçi
Orqanların sessiyaları haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi.
10. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası
Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci
il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair
Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi.
11. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası
Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində
əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və
dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi.
12. “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası
Hökuməti arasında readmissiya haqqında Saziş”in təsdiq edilməsi
barədə Azərbaycan Respublikası qanununun layihəsi.
13. “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam
Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nin
təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi.
14. “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam
Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi”nin təsdiq
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
15. “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam
Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Sazişi”nin
təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi.
16. “Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi
haqqında” Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi.
17. “Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf
mühitin mühafizəsi haqqında” və “Ovçuluq haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi.
18. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta
haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi.
19. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
20. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının
2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə
əlaqədar Azərbaycan Respublikasının bir sıra qanunlarında
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi.
21. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana
işi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili
(xüsusi təhsil) haqqında” və “Poçt haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi.
22. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və “Dövlət
rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci
oxunuş).
23. Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin
təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və
“Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə
Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
24. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).
25. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(birinci oxunuş).
26. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).
27. “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (ikinci oxunuş).
28. Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası
əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi
haqqında.
Qeyd edək ki, bugünki iclasın gündəliyinə daxil olunan 28 məsələyə baxılıb.