Bakı. Trend:
Son 50 ildə ABŞ dünyada baş verən müharibələrdə ya dolayı yolla, ya da birbaşa iştirak edib.
Trend-in məlumatına görə, bunu deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, bu gün ərəb ölkələrində, başqa-başqa yerlərdə tökülən qanların səbəbkarı ABŞ-dir.
“Artıq ABŞ Cənubi Qafqaza da meyl etməyə başlayıb. Ancaq Azərbaycan hər zaman müstəqil siyasət yürüdüb, bundan sonra da yürüdəcək.
ABŞ-ın Azərbaycanın içindəki dəstəkçiləri - Əli Kərimli və digərlərinin istəkləri baş tutmayacaq. Onlar Blinkenə müraciət edən 60 konqresmeni az qaldılar qəhrəman elan edələr", - deyə o əlavə edib.