...

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyətlər verildi - FƏRMAN

Siyasət Materials 14 Oktyabr 2024 15:28 (UTC +04:00)

Bakı. Trend:

Prezident İlham Əliyev “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin (ESTİS) təsdiq edilməsi barədə” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Trend xəbər verir ki, sənədə əsasən, bundan sonra sistemin fəaliyyətinin təşkili, saxlanılması və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əvəzinə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi görəcək.

Agentlik Əsasnamədə nəzərdə tutulmuş məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etmək məqsədilə həmin məlumatların ESTİS-ə daxil edilməsini (ötürülməsini) mütəmadi təmin etməli və bu barədə ildə bir dəfə Nazirlər Kabinetinə məlumat verməlidir.

ESTİS-in sahibi və operatoru Agentlikdir.

Xəbər lenti

Xəbər lenti