...

Kürdəmirdə yeni binanın istifadəyə verilməsi prokurorluq əməkdaşlarının əməyinə verilən yüksək qiymətdir - Baş prokuror

Siyasət Materials 7 Fevral 2025 14:13 (UTC +04:00)
Kürdəmirdə yeni binanın istifadəyə verilməsi prokurorluq əməkdaşlarının əməyinə verilən yüksək qiymətdir - Baş prokuror
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verildiyi kimi, fevralın 7-də Kürdəmir rayon prokurorluğunun yeni inzibati binası istifadəyə verilib.

Trend xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iştirak edib.

Digər dövlət və hüquq mühafizə orqanlarının əməkdaşlarının qatıldığı tədbiri giriş sözü ilə açan Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında aparılan kompleks islahatlar və sağlam iş mühitinin formalaşdırılması məqsədilə görülən məqsədyönlü tədbirlərdən söz açıb.

Yeni binanın istifadəyə verilməsini prokurorluq əməkdaşlarının əməyinə verilən yüksək qiymət kimi dəyərləndirən Baş prokuror Azərbaycan dövlətinin inkişafı naminə bundan sonra da böyük səylə çalışacaqlarını bildirərək kollektivə uğurlar arzu edib.

Daha sonra iştirakçılar Kürdəmir rayon prokurorluğu üçün yeni tikilmiş binada yaradılan şəraitlə tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti