...

Azərbaycan və Türkiyə müttəfiqliyini daha da gücləndirəcək - Səfir

Siyasət Materials 13 Fevral 2025 12:09 (UTC +04:00)
Azərbaycan və Türkiyə müttəfiqliyini daha da gücləndirəcək - Səfir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə və Azərbaycan qardaş ölkələrdir. Türkiyə üçün Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir.

Trend xəbər verir ki, bunu bu gün Türkiyənin Azərbaycanda yeni təyin olunan səfiri Birol Akgün jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanın qurucu lideri, Ümummilli Lider Heydər Əliyev, Qafqaz İslam Ordusunun komandiri Nuru Paşa və bütün şəhidlərin mənəvi hüzurunda olmaqdan qürur duyur.

“Bu ölkənin keçmişi və gələcəyini bir-birinə bağlayan şəhidlərimizi rəhmətlə anıram. Türkiyə və Azərbaycan çətin günlərdə bərabər olub. Qurtuluş savaşında Azərbaycanın qardaş köməyini unutmamışıq. İkinci Qarabağ savaşında qardaşlarımızın zəfərini arzulayırdıq, hadisələri Türkiyədən yaxından izləyirdik.

2023-cü il fevralın 6-da Türkiyədə baş verən böyük zəlzələdə qardaşlarımızın göstərdiyi yardımsevərliyi, mübarizliyi unutmayacağıq.

Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin güclü liderlikləri, qardaşlığı ilə əlaqələrimizi, Şuşa Bəyannaməsində ifadə edilən müttəfiqliyimizi daha da gücləndirəcəyik.

Vəzifəmiz ölkələrimiz arasındakı qədim qardaşlığa layiq olmaqdır. Əlaqələrimizi hər sahədə daha da dərinləşdirərək inkişaf etdirməyə davam edəcəyik.

Türkiyə və Azərbaycan qardaşdır və bu, əbədi olacaq. Vəzifəm bu qardaşlığı daha gücləndirməkdir”, - deyə səfir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti