...

Əfv Sərəncamı 10 saylı cəzaçəkmə müəssisəsində 8 nəfərə şamil olundu (FOTO)

Siyasət Materials 26 May 2025 16:24 (UTC +04:00)
Əfv Sərəncamı 10 saylı cəzaçəkmə müəssisəsində 8 nəfərə şamil olundu (FOTO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

Trend xəbər verir ki, məhbusların cəza çəkdiyi bu cəzaçəkmə müəssisəsində sərəncam ümumilikdə 8 nəfərə şamil olunub.

Belə ki, onlardan 7-i Azərbaycan, 1-i Gürcüstan vətəndaşıdır.

Xatırladaq ki, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 175 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 25 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzası şərti tətbiq edilmiş 1 nəfər, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarının çəkilməsi təxirə salınmış 2 nəfər cəzadan azad edilib

Xəbər lenti

Xəbər lenti