Bakı. Trend:
Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı baş tutub.
Trend xəbər verir ki, bu barədə C. Yılmaz “X” sosial şəbəkəsində paylaşım edib.
Danışıq zamanı Əli Əsədov bildirib ki, Azərbaycan həmrəylik əlaməti olaraq prosesi diqqətlə və qətiyyətlə izləyir.
C. Yılmaz isə Əli Əsədova qardaş Azərbaycan xalqı adından verdiyi başsağlığı və göstərdikləri səmimi həmrəyliyə görə təşəkkürünü çatdırıb.
