...

Bakıda TDT “Xəritəçilik İşçi Qrupu”nun 2-ci iclası keçirilib, Bəyannamə qəbul olunub (FOTO/YENİLƏNİB)

Siyasət Materials 3 Dekabr 2025 10:45 (UTC +04:00)
Bakıda TDT “Xəritəçilik İşçi Qrupu”nun 2-ci iclası keçirilib, Bəyannamə qəbul olunub (FOTO/YENİLƏNİB)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin “Xəritəçilik İşçi Qrupu”nun ikinci iclası keçirilib.

Trend xəbər verir ki, iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, həmçinin müşahidəçi qismində Macarıstan və Şimali Kipr Türk Respublikasının geodeziya və kartoqrafiya sahəsinə cavabdeh qurumlarının nümayəndələri iştirak ediblər.

İclasın əvvəlində tədbir iştirakçıları ölkəmizdə geodeziya və kartoqrafiya sahəsində görülən işləri əks etdirən videoçarxı izləyiblər.

Daha sonra ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılovun, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Merey Mukajanın, eləcə də TDT-yə üzv ölkələrin nümayəndələrinin çıxışları dinlənilib.

Görüş zamanı həmçinin işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tarixi Zəfərdən sonra həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri barədə ətraflı məlumat verilib.

Eyni zamanda 2026-cı ildə Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumu – WUF13 üzrə hazırlıq prosesi, gündəlik istiqamətlər və regional əməkdaşlıq imkanları barədə qonaqlara geniş təqdimat olunub.

İclasda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, ETSN yanında Geodeziya və Kartoqrafiya Agentliyinin nümayəndələri, digər aidiyyəti qurumların və TDT-yə üzv ölkələrin mütəxəssisləri TDT “Xəritəçilik İşçi Qrupu”nun 30 sentyabr - 1 oktyabr 2024-cü il tarixlərində Ankarada keçirilmiş 1-ci iclasında müəyyən edilən hədəflərin icra vəziyyəti, əməkdaşlığın gücləndirilməsi, yeni hədəflərin müəyyənləşdirilməsi və onların həyata keçirilməsi imkanlarını müzakirə ediblər.

Tədbir panel sessiyalarla davam edib.

Bununla yanaşı, növbəti 3-cü toplantıya Qazaxıstan Respublikasının ev sahibliyi edəcəyi qərara alınıb.

Sonda Türk Dövlətləri Təşkilatının Xəritəçəkmə Qurumları Rəhbərlərinin 2-ci Toplantısının Bəyannaməsi imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti