...

Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb

Siyasət Materials 28 Yanvar 2026 05:26 (UTC +04:00)
Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb.

Trend xəbər verir ki, bu barədə təşkilatın “X” sosial şəbəkə hesabında paylaşılan açıqlamada bildirilib.

“Sülh Şurası Azərbaycanı böyüyən beynəlxalq təşkilatımızın təsisçi üzvü kimi salamlayır”, – deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, yanvarın 22-də Davosda “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev də həmin tədbirdə iştirak edib.

Xəbər lenti

Xəbər lenti