...

TÜRKİYƏ BAŞ NAZİRİ 5-6 SAZİŞ BAĞLAMAQ PLANLAŞDIRILIR

Siyasət Materials 28 İyun 2005 13:17 (UTC +04:00)

Türkiyə baş naziri Tayyıb Rəcəb Erdoğanın səfəri zamanı bir sıra sazişlərin bağlanması planlaşdırılır. Hökumət mənbələrindən Trend ə verilən məlumata əsasən, Türkdilli Dövlətlərlə Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə Texniki əməkdaşlıq haqqında protokol imzalamaq ehtimal olunur.

Bundan əlavə, xəritə və xəritəşünaslıq, müəllif hüquqlarının qorunması, təhsil və baytarlıq sahəsində, eləcə də fövqaladə hallar zamanı əməkdaşlıq məsələlərini tənzimləyən sənədlər imzalanacaq.

Türkiyə baş naziri iyunun 29-da Bakıya gələcək və ayın 30-dək paytaxta olacaq. Türkiyə səfiri Turan Moralı bildirmişdir ki, T.R.Erdoğan Türkiyə səfirliyi üçün Səməd Vurğun küçəsində ayrılmış yerdə binanın təməlqoyma mərasimində iştirak edəcək, eləcə də Azərbaycan və Türkiyə İş Adamları Birliyinin üzvləri ilə görüşəcək.

Onun Milli Məclis spikeri Murtuz Ələsgərov, baş nazir Artur Rəsizadə, iyunun 30-da isə prezident İlham Əliyevlə görüşü planlanlaşdırılır.

Xəbər lenti

Xəbər lenti