...

FAZİL QƏZƏNFƏROĞLU: KÜTLƏVİ AKSİYALARDAN SONRA FÖVQƏLADƏ HEÇ NƏ BAŞ VERMƏYƏCƏK

Siyasət Materials 28 İyun 2005 17:25 (UTC +04:00)

"Kütləvi aksiyalarla ölkədə heç nə dəyişməyəcək, heç bir yenilik baş verməyəcək". Bu fikirləri Trend ə Böyük Quruluş Partiyasının başqanı Fazil Qəzənfəroğlu bildirib.

O, müxalifət partiyaların son aylar ərzində mütəmadi olaraq kütləvi aksiyalar keçirməsinə münasibətini açıqlayarkən bildirib ki, mitinq keçirmək qarşıya qoyulan hansısa bir məqsəd və vasitə deyil. F.Qəzənfəroğlunun fikrincə, bu aksiyalar sadəcə insanların itaətsizliyə meylliliyini göstərmək, baş verə biləcək seçki saxtakarlığına qarşı etirazını bu formada bildirməkdir.

BQP rəhbəri bildirib ki, kütləvi tədbirlərdə siyasi qüvvələr yalnız öz tərəfdarlarına mövqelərini, fikirlərini çatdırırlar. Ona görə də bu aksiyalardan sonra fövqəladə heç nə baş verməyəcək: "Aksiyaların faydası yalnız budur ki, Azərbaycanda artıq belə təsəvvürlər formalaşacaq ki, öz torpağına bağlı, xaricdən idarə olunmayan, kənar qüvvələrin marağını ifadə etməyən və yalnız milli maraqlara xidmət göstərən, ölkənin təkamül yolu ilə inkişafına çalışan qüvvələr çoxdur. Bu, istisna olmaqla, mən hesab etmirəm ki, mitinqlərin nəticəsində hansısa qeyri-adi bir hadisə, ciddi dəyişiklik baş verəcək"-deyə F.Qəzənfəroğlu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti