...

NOVRUZ MƏMMƏDOV: AZƏRBAYCAN HƏLƏLİK ATƏT-İN MİNSK QRUPUNUN ALTERNATİVİNİ GÖRMÜR

Siyasət Materials 28 İyun 2005 21:24 (UTC +04:00)

Azərbaycan tərəfi hələlik Ermənistan-Azərbaycan -Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə ATƏT-in Minsk qrupunun (MQ) fəaliyyətinə alternativ görmür.Bu barədə Azərbaycan Prezidentinin İcra aparatı xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov eksklüziv olaraq Trend agentliyinə bildirib.

"Ümumilikdə götürüləndə biz Minsk qrupunun fəaliyyətindən razı deyilik, amma son zamanlar müəyyən MQ tərəfdən bu işə maraq daha da artıb.Buna görə də ümumi götürəndə, biz həm də MQ -nin fəaliyyətindən razı olmasaq da demişik ki, bu məsələ ilə yalnız onlar məşğul olacaq.Hələlik başqa bir variant görmürük", skazal N.Mamedov.

Onun sözlərinə görə, Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün ATƏT-də yaradılmış hüquqi qurumdur. Digər beynəlxalq təşkilatlar çərçivəsində münaqişənin həlli üzrə Azərbaycan tərəfinin qaldırdığı məsələlərə dair suala cavab olaraq N.Məmmədov deyib: "Başqa bir fəaliyyəti Azərbaycanın xarici siyasətinin tərkib hissəsidir.Azərbaycan rəhbərliyi və onun prezidenti bütün görüşlərində, səfərlərində, forumlarda, beynəlxalq konfranslarda, ölkə daxilində öz siyasəti ilə çalışır ki, münaqişənin həllində Azərbaycanın mövqeyinə daha çox, daha güclü dəstək alsın və bununla da məqsədyönlü iş aparır.Bu işin istiqamətlərindən biri də müxtəlif qurumlarla işdir, Avropa Şurası, Avropa İttifaqı, BMT və başqa beynəlxalq təşkilatlarla, bütün bunların hamısı təbiidir və onlarla aparılan işlər onların nəzdində yaradılan müəyyən qurumlar, faktarşdırıcı missiyalar və ya alt komitə bizim mövqeyin güclənməsinə öz müsbət təsirini göstərir, yəni bütün bunlar Azərbaycanın mövqeyini gücləndirir, amma münaqişənin həlli
ilə hüquqi cəhətdən də, siyasi cəhətdən də MQ məşğul olur".

Xəbər lenti

Xəbər lenti