...

İSLAM PARTİYASI SEÇKİDƏ İŞTİRAK EDƏCƏK NAMİZƏDLƏRİNİ MÜƏYYƏNLƏŞDİRİB

Siyasət Materials 29 İyun 2005 12:25 (UTC +04:00)

İslam Partiyasının builki parlament seçkisində iştirak edəcək namizədləri müəyyənləşib. Bu barədə Trend ə İslam Partiyasından məlumat verilib. Partiyanın ölkə üzrə 30-dan yuxarı namizədi müəyyən edilib. Namizədlər siyahısı İslam Partiyasının Baş məclisinin iclasında səsə qoyularaq təsdiqlənib.

Qeyd edək ki, İslam partiyasının daxil olduğu "Azərbaycançı Qüvvələr Birliyi" seçki blokunun yaxın günlərdə genişlənməsi nəzərdə tutulub. İclasda bü məsələ də müzakirə olunub və seçki blokun genişlənməsi barədə partiyanın müsbət mövqedə olduğu bildirilib.

Xəbər lenti

Xəbər lenti