...

AZƏRBAYCAN PREZİDENTİ AĞDAŞDAKI BİR SIRA OBYEKTLƏRƏ BAŞ ÇƏKİB

Siyasət Materials 7 İyul 2005 13:33 (UTC +04:00)
AZƏRBAYCAN PREZİDENTİ AĞDAŞDAKI BİR SIRA OBYEKTLƏRƏ BAŞ ÇƏKİB

Azərbaycan prezidenti İlham Əliev iyulun7-də Ağdaşdakı elektrik yarımstansiyasına baş çəkib. Trend in məlumatına görə, "Azərenerji" SC-nin prezidenti Etibar Piriverdiyev yarımstansiyadan danışarkən bildirib ki, 110 kilovolt gücündə olan yarımstansiya Ağdaşın elektrik enerjisi ilə təminatı problemini həll edir. O bildirib ki, bu rayonda belə gücə malik elektrik stansiyası ilk dəfədir ki, tikilir.

Prezident İ.Əliyev qeyd edib ki, ölkədə əsas problemlərdən biri enerji təminatı ilə bağlıdır və o yaxın vaxtlaroda həll olunacaq. Eyni zamanda, ölkədə bir neçə aşağı güclü elektrik stansiyası tikiləcək, həmçinin yeni iri enerji obyektlərinin tikintisi başa çatdırılacaq. Həmçinin avqustda Sumqayıt İstilik Elektrik Mərkəzindəki yeni buxar generator qurğusu istismara veriləcək.

Daha sonra Azərbaycan prezidenti "Orelay" qənnadı fabrikində, "Aryaş" regional ticarət mərkəzində, daha sonra isə şəhər ticarət bazarında olub. Dövlət başçısı rayon ictimaiyyəti ilə görüşərkən bildirib ki, Ağdaş İcra Hakimiyyətinin işindən razıdır. O qeyd edib ki, bu yaxınlarda antiinhisar tədbirlər barədə sərəncam imzalayıb və bunun da nəticəsində malların qiymətləri aşağı düşməyə başlayıb.

İ.Əliyev vətəndaşların əmək haqları artacağını da qeyd edib. Ağdaş sakinləri qaz təminatı ilə bağlı problemlərini bildiriblər. Ağdaşın bir sıra kəndlərində Azərbaycan prezidenti qekyd edib ki, hazırda Azərbaycanda 4 milyard kubmetr qaz hasil olunur və 5 milyard kubmetr idxal olunsa da, bu respublikanın qazla tam təchizatı üçün kifayət etmir.

O bildirib ki, gələn il "Şahdəniz" yatağından qaz hasilatına başlayanılacaq ki, bunun da nətticəsində Azərbaycanda qazın əlavə həcmi yaranacaq. İstilik təminatı probleminə toxunan dövlət başçısı bildirib ki, elektrik qızdırıcılarından istifadəsi elektrik şəbəkəsinin həddən artın yüklənməsinə gətirib çıxarır. Azərbaycan prezidenti qeyd edib ki, Heydər Əliyevin başladığı kursu davam etdirəcək və ölkədə sabitlik və inkişaf olacaq.

Daha sonra Azərbaycan prezidenti Heydər Əliyev adına parkı və H.Əliyev muzeyi ziyarət edib.

Xəbər lenti

Xəbər lenti