...

XƏZƏRDƏ HƏRBİ DƏNİZ QÜVVƏLƏRİNİN QARIŞIQ QRUPLAŞMASINI YARATMAQ PLANLAŞDIRILIR

Siyasət Materials 12 İyul 2005 19:00 (UTC +04:00)

(İTAR-TASS) - Xəzərdə regiondakı mükükn hədələrin, hər şeydən əvvəl terrorizmlə mübarizə aparmaq üçün Xəzəryanı dövlətlərin HDQ-dən ibarət gəmilərin daxil olduğu Xəzər Operativ Qarşılıqlı Əlaqə Hərbi-Dəniz Qrupu /KASFOR/ yaratmaq planlaşdırılır.

Bu barədə iyulun 12-də Rusiyanın HDD-nın baş komandanın köməkçisi, birinci dərəcəli kapitan İqor Dıqalo məlumat verib.

"KASFOR-un yaradılması məsələsi bu gün Həştərxanda Xəzər donanmasının komandanı, vitse-admiral Yuri Starsevin sədrliyi ilə açılan Xəzər ölkələrinin HDQ nümayəndələrinin beynəlxalq konfransında müzakirə olunur.

Konfransda Xəzəryanı ölkələrin- Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın HDQ-nin nümayəndə heyətləri iştirak edir ", - deyə o bildirib.

Dıqalonun sözlərinə görə, "Xəzərdə HDQ-nin qarışıq qruplaşmasının yaradılması təkcə Rusiyanın deyil, bütün Xəzəryanı dövlətlərin təhlükəsizliyi maraqları baxıimından zəruridir ".

Görüşün iştirakçıları qeyd ediblər ki, Xəzərdə qarışıq HDQ-nin yaradılması KASFOR-un yaradılmasında 2001-ci ildə yaradılmış Qara dəniz hövzəsi ölkələrinin cəmi qruplaşmasının təcrübəsindən tam istifadə olunacaq.

Konfransda rusiyalı admiral Starsevlə yanaşı Azərbaycan HDQ qərargahının rəisi Yunis Məmmədov, İranın XİN Xəzər dənizi üzrə şöbəsinin rəisi Dəmirçi Lu Müctəba və başqaları iştirak edib.

Xəbər lenti

Xəbər lenti