...

AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRLİYİ YUNANISTAN VƏ DAĞLIQ QARABAĞIN TELEKOMMUNİKASİYA ŞİRKƏTLƏRİ ARASINDAKI ƏMƏKDAŞLIĞA DAİR MƏSƏLƏNİ ARAŞDIRACAQ

Siyasət Materials 22 İyul 2005 13:34 (UTC +04:00)

"AR XİN Yunanıstan və Dağlıq Qarabağın telekommunikasiya şirkətlərinin əməkdaşlığına dair məsələni öyrənəcək". Bu barədə Trend agentliyinə XİN-in informasiya idarəsinin rəisi Tahir Tağızadə bildirib.

Onun sözlərinə görə, hazırda XİN-də Türkiyədə çıxan "Milliyyət" qəzetinin xəbər verdiyi kimi, Yunanıstanın "İntrakom" və Dağlıq Qarabağda fəaliyyət göstərən "Vivacell" rabitə şirkətləri arasında əlaqələrin qurulmasına dair rəsmi məlumat yoxdur. AR XİN nümayəndəsi qəzetin rəsmi mənbə olmaması qənaətindədir.

"Nazirlik Dağlıq Qarabağ separatçı rejimi ilə hər hansı kommersiya fəaliyyətinin həyata keçirilməsinin qeyri-mümkünlüyünün aydınlaşdırılmasına yönəldilmiş bir sıra addımlar atmaq niyyətindədir", - deyə T. Tağızadə bildirib.

Azərbaycan və Şimali Kipr arasında hava yolunun açılması məsələsinə gəldikdə isə, XİN-in rəsmi nümayəndəsi qeyd edib ki, "özəl şirkətlərin bu təşəbbüsünün Azərbaycanda yürüdülən siyasətlə heç bir bağlılığı yoxdur".

Onun sözlərinə görə, bu şirkətlərin əsas məqsədi birbaşa ticarət əlaqələrinin qurulması, Azərbaycan vətəndaşlarının Şimali Kiprə səyahətlərinin təşkil olunmasıdır. Şimali Kipr əhalisi iqtisadi təcrid olunmadan əziyyət çəkir. Azərbaycan Avropa dövlətlərinin BMT-nin baş katibi Kofi Annanın planını dəstəkləyən Kiprin türk icmasına bərarbər hüquqlu münasibət göstərəcəyinə ümid edir.

Azərbaycan da Kiprin türk və yunan icmalarına köməklik göstərməyə hazırdır", - deyə o bəyan edib. Azərbaycan şirkətlərinin fəaliyyətinə gəldikdə, T.Tağızadə özəl şirkətlərin beynəlxalq hüquq normalarına zidd olmayan sırf kommersiya təşəbbüsünü siyasiləşdirməməyə çağırıb.

T.Tağızadə Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinin pasportlarını qəbul etməsi barədə məlumatı təkzib edərək, bunun həqiqətə uyğun olmadığını bildirib.

Bir qrup azərbaycanlı parlamentarilərin Şimali Kiprə səfərinə gəldikdə isə, T.Tağızadə qanunverici hakimiyyətin icra hakimiyyətindən asılı olmadığını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti