Avqustun 1-də AR XİN başçısı Elmar Məmmədyarovun Vaşiqtona işgüzar səfəri başlayıb. AR XİN-dən Trend ə bildirildiyi kimi, səfər ABŞ-ın dövlət katibi Kondoliza Raysın dəvəti ilə həyata keçirilir.
Avqustun 5-nə kimi davam edəcək səfərin gedişində nazir Ağ Evdə, Pentaqonda, analitik mərkəzlərdə və qeyri-hökumət təşkilatlarında görüşlər keçirəcək.
Görüşlərdə beynəlxalq təşkilatlarla ikitərəfli siyasi və iqtisadi əməkdaşlıq, gələcəkdə qarşılıqlı fəaliyyətə dair məsələr müzakirə mövzusu olacaq. Danışıqlarda əsas yeri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi tutacaq.