...

İLHAM ƏLİYEV İSRAİL SƏFİRİNİ QƏBUL EDİB

Siyasət Materials 3 Avqust 2005 16:08 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev avqustun 3-də ölkədə diplomatik missiyasının başa çatması ilə əlaqədar İsrailin Azərbaycandakı səfiri Eytan Nayeni qəbul edib.

Dövlət başçısı Azərbaycan-İsrail əlaqələrinin inkişafında böyük xidmətlərinə görə səfirə təşəkkür edərək, Azərbaycanda diplomatik fəaliyyəti dövründə yüksək səviyyəli ikitərəfli səfərlərin həyata keçirildiyini qeyd edib.

Öz növbəsində E.Naye Azərbaycanla ikitərəfli əlaqələrin inkişafının İsrail hökumətinin xarici siyasətinin aparıcı istiqaməti olduğunu vurğulayıb. Səfir həmçinin onu da bildirib ki, Bakıda yaşadığı illər Azərbaycan üçün tarixən böyük əhəmiyyət kəsb edib.

Sonda İsrail səfiri Bakıda İsrailin diplomatik hökumətinin fəaliyyətinin hərtərəfli dəstəklənməsinə görə ölkə başçısına təşəkkürünü bildirib.

Xəbər lenti

Xəbər lenti