BP Britaniya-Amerikan şirkəti son beş il ərzində Azərbaycanın müştərək müəssisələri (MM) və dövlət şirkətləri ilə xərcləri artırmaq niyyətindədir.
Avqustun 4-də milli istehsala dəstəyə həsr olunmuş konfransda çıxış edən BP Azerbaijan şirkətinin başçısı Devid Vudvord bəyan edib ki, hazırda bu məbləğ $250 mln.təşkil edir. "Biz bunu ikiqat artıraraq $500 mln. məbləğinə çatdırmaq istəyirik" -deyə o bildirib.
Bakıda keçirilən konfrans İqtisadi İnkişaf Hazirliyi tərəfindən təşkil edilib.
Onun sözlərinə görə, şirkət yerli ehtiyatlardan istifadədə əhəmiyyətli səviyyəyə nail olub. "Cari xərclərin 30%-dən çoxu yerli müəssisələrə yönəldilib.
2004-cü ildə biz təxminən 250 yerli kiçik və orta müəssisə, 30 MM və təxminən 80 dövlət şirkəti ilə müxtəlif geofiziki tədqiqatlar, qazma və s. sahələrdə əməkdaşlıq edirdik" -deyə o bildirib.
BP Azerbaijan şirkətinin başçısı Azəri MI Drilling və CDC MM-ni misal göstərib. " Bu şirkətlər yerli infrastrukturdan istifadə edərək Bp -yə qazma üzrə uzunmuddətli proqramda kömək göstərir" -deyə o bildirib.