Apellyasiya Məhkəməsində Milli Demokrat Partiyasının sədri İsgəndər Həmidovun üzərindən məhkumluğun götürülməsinə dair iddia təmin olunmayıb. Trend in məlumatına görə, avqustun 4-də Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə keçən iclasda vəkil Yavər Hüseyn şikayətçinin iddiasını müdafiə edib.
Hakim İ.Həmidovun üzərindən məhkumluğun götürülməsi ilə bağlı iddianı təmin etməyib və əvvəlki məhkəmə qərarını qüvvədə saxlayıb. Bu qərarı onunla əsaslandırıb ki, 9 saylı islah əmək müəssisəsindən daxil olan məlumatlarda bildirilib ki, məhbus tərəfindən orada qayda-qanunlara riayət olunmayıb.
Vəkil Yavər Hüseyn isə məhkəmə qərarına etiraz edib və bildirib ki, İsgərdər Həmidov artıq iki ildir azadlığa çıxıb və bu müddət ərzinədə cəzaçəkmə müəssisəsindən məlumat verilə bilməzdi.