...

İQTİDAR NÜMAYƏNDƏLƏRİ MÜXALİFƏT PARTİYALARI İLƏ GÖRÜŞDƏ İŞTİRAK ETMƏYİBLƏR

Siyasət Materials 5 Avqust 2005 16:02 (UTC +04:00)

Avqustun 5-də Müsavat Partiyasının qərargahında iqtidar-müxalifət partiyaları görüşünün növbəti raundu hakim partiyanın iştirakı olmadan keçirilib. Trend in məlumatına görə, görüşdə ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavesi, müsavat başqanı İsa Qəmbər, müavini Vurğun Əyyub, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Əli Əliyev, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Sabir Rüstəmxanlı, Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Akif Şahbazov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədr müavini Fuad Mustafayev iştirak ediblər. Toplantıya dəvət olunan Yeni Azərbaycan Partiyasının (YAP), Ana Vətən və Sosial Rifah partiyalarının rəhbərləri isə bu görüşə qatılmayıblar.

İqtidar tərəfi iştirak etmədiyinə görə, yalnız müxalifət partiyalarının görüşü olan dəyirmi masada qarşıdan gələn parlament seçkisi ilə bağlı məsələlər müzakirə olunub.

Seçkilərin azad, ədalətli və demokratik keçirilməsi, seçki komissiyalarının paritet əsasda formalaşdırılması, bütün namizədlər üçün bərabər şərait yaradılması, ölkənin hər yerində vətəndaşların sərbəst toplaşmaq azadlığının təmin olunması, siyasi mühacirlərin vətənə qayıtmasının təmin edilməsi kimi məsələlər barədə siyasi partiya təmsilçiləri fikirlərini bildiriblər. Görüşün sonunda 5 bənddən ibarət Bəyannamə qəbul edilib.

Xəbər lenti

Xəbər lenti