(Kavkaz-Press) - Gürcü gömrükçüləri Bakı-Tbilisi qatarından böyük miqdarda qaçaqmalı aşkar ediblər.
Gürcüstanın Gümrük departamentinin mətbuat xidmətindən verilən məlumata görə, qaçaq malı gizli şəkildə poçt vaqonunda daşınırmış. Onlar əsasən məişət texnikası, geyim və digər geniş tələbat olan mallar imiş.
Vaqon Qardabanidə möhürlənib və Tbilisiyə keçirilib. Oradan da yük yük maşınlarında "Opizari" gömrük məntəqəsinə gətirilib. Yükün sahibləri gömrük məntəqəsinə gəlmək və yükün gömrükdən keçirmək təklif olunub.