...

POLŞANIN YENİ SƏFİRİ GƏLƏN HƏFTƏ AZƏRBAYCANA GƏLƏCƏK

Siyasət Materials 13 Avqust 2005 13:36 (UTC +04:00)

Avqustun 15-də Polşanın Azərbaycana yeni təyin edilmiş səfiri Bakıya gələcək.Bu barədə Trend agentliyinə Polşanın Azərbaycandakı səfirliyində bildirilib.

Polşanın Azərbaycandakı yeni səfiri Kşiştof Krayevski təyin edilib. Azərbaycana səfir təyin edildiyi vaxtadək o, Polşanın xarici işlər nazirliyində işləyirdi. Azərbaycan Kşiştof Krayevskinin səfir kimi işləyəcəyi ilk ölkədir.

Xatırladaq ki, onun təyin edildiyi müddətədək bu postu Martin Navrot tuturdu. O, Azərbaycandakı diplomatik missiyasını başa vurduqdan sonra iyunun 28-də vətəninə qayıdıb. M.Navrot təcrübəli diplomatdır.O, Polşanın Azərbaycandakı diplomatik missiyasına 2001-ci ildən başçılıq edirdi və Azərbaycanda həmin ölkənin ilk səfiri idi. M.Navrotadək Bakıda fəaliyyət göstərən diplomatik missiyaya 1998-ci ildən Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili səviyyəsində başçılıq edilirdi.

Qeyd edək ki, Azərbaycanın Polşadakı səfirliyi ötən il açılıb və Azərbaycanın Polşadakı səfiri keçmiş xarici işlər naziri Vilayət Quliyevdir.

Xəbər lenti

Xəbər lenti