Rəsmi Stokholm Azərbaycanla əlaqələrin inkişafı və möhkəmləndirilməsi məqsədilə Bakıya diplomatın göndərilməsinə dair qərar qəbul edib. Trend in məlumatına görə, bu barədə Azərbaycanın XİN başçısı İsveçin baş nazirinin ofisinin dövlət katibi Lars Danielssonla görüşünün nəticələrini şərh edərkən bildirib.
E.Məmmədyarovun sözlərinə görə, isveçli diplomat Norveçin Bakıdakı səfirliyində fəaliyyət göstərəcək.
İsveçin Bakıda səfirliyinin açılması məsələsinə gəldikdə isə XİN başçısı bu məsələnin müəyyən maliyyə xərcləri ilə bağlı olduğunu qeyd edib.
"L.Danielssonla görüş zamanı Stokholma səfər etmək barədə mənə rəsmi təklif edilib", - deyə nazir bildirib. Diplomat həmçinin qeyd edib ki, səfərin tarixi təyin olunan kimi o, İsveç rəhbərliyi ilə diplomatik nümayəndəlyin açılması məsələsini şəxsən müzakirə edəcək.