...

TÜRKİYƏNİN QURU QOŞUNLARI KOMANDANI BAKIYA GƏLƏCƏK

Siyasət Materials 16 Avqust 2005 15:40 (UTC +04:00)

Sentyabrın 7-də Türkiyənin quru qoşunları komandanı general Yaşar Böyükanıt (Yaşar Büyükanıt) Bakıya gələcək. Bu barədə Trend ə Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı məlumat verib.

Səfir bildirib ki, bu səfər Azərbaycanla Türkiyə arasında planlı hərbi əməkdaşlığını bir hissəsidir.

Qeyd edək ki, Türkiyənin müdafiə naziri Vecdi Könül iyulun 20-də Bakıda olub ıə bəyan edib ki, Ankara öz ordusu ilə Azərbaycanın Silahlı Qüvvələri arasında fərq qoymur və qardaş dövlətə öz hərbi gücünü gücləndirmək üçün əlindən gələn köməyi etməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti