...

"AZƏRİSTİLİKTƏCHİZAT"IN RƏHBƏRİ: BU GÜNÜN TƏLƏBLƏRİNƏ CAVAB VERƏ BİLƏCƏK YENİ İSTİLİK SİSTEMİ YARADILMALIDIR

Siyasət Materials 22 Avqust 2005 17:00 (UTC +04:00)
"AZƏRİSTİLİKTƏCHİZAT"IN RƏHBƏRİ: BU GÜNÜN TƏLƏBLƏRİNƏ CAVAB VERƏ BİLƏCƏK YENİ İSTİLİK SİSTEMİ YARADILMALIDIR

"Azəristiliktəchizat" ASC-nin rəhbəri Yaşar Həsənovun Trend ə eksklüziv müsahibəsi

- "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin əsasnaməsinin nə zaman təsdiqlənməsi gözlənilir? Hazırda bu istiqamətdə işlər hansı mərhələdədir?

- "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsi işlənib hazırlanıb və yaxın vaxtlarda onun təsdiq edilməsi gözlənilir.

- Qurumun ştatı müəyyənləşibmi? Nə qədər işçiyə ehtiyac var? 2006-cı ildə ştat cədvəlinin genişləndirilməsi nəzərdə tutulurmu?
Orta əmək haqının həcmi nə qədər təşkil edəcək?

- Hal-hazırda "Azəristiliktəchizat" ASC müvəqqəti struktura və ştat cədvəli ilə işləyir. İndiki zamanda ASC-nin ştat cədvəlində 2100 nəfər işçinin fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur. Onlardan 770 nəfəri istilik mövsümü ilə bağlı müvəqqəti işçilərdir.

ASC üzrə işçilərin orta əmək haqqı Respublika üzrə həmin sahədə çalışan işçilərin əmək haqqına bərabər olacaqdır. İstilik təchizat zonasının genişlənməsi ilə əlaqədar ASC-in ştatı da dəyişəcəkdir.

- 2005-ci ilin sonu və 2006-cı ildə Bakı və respublikanın rayonlarında nə qədər binada istilik sisteminin qurulması nəzərdə tutulur?
Bu işlərə ( ayrı ayrılıqda 2005 və 2006 ildə) nə qədər vəsait sərf olunacaq?

Orta hesabla bir qazanxana neçə mənzilin isidilməsinə imkan verəcək? İndiyə qədər nə qədər binada istilik sistemi mövcud olub?

- Binaların daxili istilik sisteminin bərpası yerli idarəetmə və mənzil-kommunal təsəsrrüfatı orqanlarının səlahiyyəti daxilindədir və binadaxili istilik sistemləri onların balansındadır. 2006-cı ildə istilik sisteminin bərpa edilməsinin layihəsi hazırlanır.

- Fərmanda göstərilən infrastrukturun Azəristiliyin balansına daxil edilməsi yekunlaşıb? Reqionlarda infrastukturun yaradılması ücün hansı işlər tələb olunur və bu istiqamətdə hansı tədbirlər görürsünüz?

Bütovlükdə respublikaənın (ayrılıqda Bakının) istilik sisteminin bərpasına nə hədər vəsait tələb olunur və bunun təmin olunması üçün xarigi investisiyanın cəl olunması nəzərdə tutulurmu?

"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti mövcud su anabarlarının rekonstruksiyasını və yeni su anbarlarının tikintisini planlaşdırırmı?

- Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olan ləğv edilmiş təşkilatların tabeçiliyində olan müəssisələr balansa qəbul edilmiş, ancaq regional istilik təchizatı strukturunun formalaşması hələlik başa çatdırılmamışdır.

Respublikanın əksər rayonlarında istilik təchizatı sistemləri sökülüb dağıdılmış və bəzi yerlərdə isə ümumiyyətlə fəaliyyət göstərmir. Odur ki, istilik təchizatı sisteminin bərpasından söz ola bilməz və ancaq yeni istilik təchizatı sisteminin yaradılmasından danışmaq olar ki, bu da günün tələbinə cavab verməlidir.

Bakı şəhərinin istilik təchizatı çoxsahəli tədbirlərin yerinə yetirilməsini tələb edir. Bu eyni zamanda istilik təchizatı sisteminin bərpasını, rekonstruksiyasını və modernləşdirilməsi ilə yanaşı yeni sistemlərin və yeni sxemlərin tətbiq edilməsindən ibarətdir.

İstilik təchizatı zonasının genişləndirilməsi, yeni istilik təchizatı mənbələrinin tikintisi və iqtisadi cəhətdən səmərəli olmayan qazanxanaların ləğv edilməsini tələb edir.

İstilik təchizatı sisteminin yaxşılaşdırılması ilə bağlı tədbirlər planının yerinə yetirilməsi üçün maliyyələşdirmə və xarici investorların cəlb edilməsi Azərbaycan Respublikasının istilik strategiyasına müvafiq olaraq təyin ediləcək

- "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti öz qazanxanalarında hansı növ yanacaqdan istifadə edəcək və bu yanacağın əldə olunmasına dair müvafiq qrumlarla razılıq əldə olunubmu?

Ümumiyyətlə yanacağa olan ilik təlabatın həcmi nə qədərdir?

- "Azəristiliktəchizat" ASC-nin balansında olan qazanxanaların əksəriyyətində təbii qazdan istifadə edilir. 5%-ə qədər istilik enerjisi duru yanacağın hesabına istehsal edilir.

Yanacağın tam həcmdə alınması üçün "Azəriqaz" SC və Dövlət Neft Şirkəti ilə müəyyən razılaşmalar əldə edilmişdir. Soba yanacağının istehsalının bağlanması ilə əlaqədar bəzi qazanxanalarda dizel yanacağından istifadə edilir ki, bu da məhsulun maya dəyərini 2 dəfə artırmış olur.

İstilik enerjisinin həcminə uyğun olaraq illik qaz yanacağına tələbat 100 mln.m3, mazut yanacağı üzrə 2500 ton və dizel yanacağı üzrə 700 ton təşkil edir.

- Bildiyimizə görə, Bakı şəhəri icra hakimiyyəti ilə birgə paytaxtın rayonlarının istilik təcizatına dair tədbirllərin həyata keçirilməsi nəzərdə tutulur.

Bu layihə çərçivəsində hansı işlər göruləcək?

- Mənzil təşkilatları yaşayış binalarının daxili istilik sisteminin bərpasını təşkil edir və ona nəzarət edir, "Azəristiliktəchizat" ASC isə istilik enerjisinin mənbələrinin və istilik xətlərinin bərpası və təmiri ilə məşğul olur.

Əhalinin və digər obyektlərin istiliklə təchizatı birlikdə həyata keçirilən tədbirlərdir.

Xəbər lenti

Xəbər lenti