...

HÜSEYN ARABUL: ELEKTRİK SAYĞACLARI İSTEHSAL EDƏN ZAVODUN TİKİNTİSİ 3 İLDƏN SONRA BAŞA ÇATACAQ

Siyasət Materials 22 Avqust 2005 19:15 (UTC +04:00)
HÜSEYN ARABUL: ELEKTRİK SAYĞACLARI İSTEHSAL EDƏN ZAVODUN TİKİNTİSİ 3 İLDƏN SONRA BAŞA ÇATACAQ

Bakı və Sumqayıt şəhərlərinin enerji şəbəkələrini 2002-ci ildən idarə edən Barmek Azerbaijan şirkəti Azərbaycanda 11 milyon dollar dəyərində elektrik sayğacları istehsal edən zavod tikdirir. Bu barədə Trend ə Barmek Azerbaijan şirkətinin prezidenti Hüseyn Arabul məlumat verib.

"Biz artıq tikintiyə başlamışıq və 3,5 milyon dollar vəsait xərcləmişik. Ümumilikdə isə biz 11 milyon dollar pul xərcləyəcəyik ki, bunun da 9,5 miyonunu avadanlıq almağa xərcləyəcəyik. Tikinti işləri 3 ildən sonra başa çatacaq və zavod ildə 30 milyon manatlıq məhsul ist ehsal edəcək ", - deyə Arabul məlumat verib.

Barmek elektrik sayğaclarının 60 faizini Türkiyəyə, Rusiyaya, Gürcüstana və Mərkəzi -Asiya ölkələrinə ixrac etməyi planlaşdırır.

Türkiyənin Barmek şirkəti 2005-2008-ci illərdə Bakı və Sumqayıtın enerji şəbəkəsinin inkişafına 50 milyon vəsait qoymaq niyyətindədir.

Qeyd edək ki, Barmek Bakı və Sumqayıtın elektrik şəbəkələrini 25 il idarə edəcək.Şirkət 2002-dən onların inkişafına 60 milyon dollar vəsait xərcləyib.

Xəbər lenti

Xəbər lenti