...

AŞPA SƏDRİ: PARLAMENT SEÇKİLƏRİ AZƏRBAYCANIN ÜZƏRİNƏ GÖTÜRDÜYÜ ÖHDƏLİKLƏRİN İCRASININ TƏSDİQ OLMALIDIR

Siyasət Materials 22 Avqust 2005 19:48 (UTC +04:00)

Qarşıdakı parlament seçkiləri Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təsdiqi olmalıdır. Trend in məlumatına görə, bu barədə avqustun 22-də baş nazir Artur Rasizadə ilə görüşündə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Rene Van der Linden bəyan edib.

O, respublikada Avropa strukturlarına inteqrasiya olunmaq üçün qəbul edilən tədbirləri çox yüksək qiymətləndirib. "Digər ölkələr kimi, Azərbaycan da Avropa Şurası qarşısına cəmiyyətin demokratikləşməsinə dair öhdəliklər götürüb. Və belə öhdəliklərdən biri də ədalətli, şəffaf seçkilərin keçirilməsidir", - deyə AŞPA sədri bildirib.

Dağlıq-Qarabağ münaqişəsinin nizamlanmasına toxunan Rene van der Linden Avropa Şurasının sülhyaratma prosesində iştirak etməyə hazır olduğunu bəyan edib. O bildirib ki, Avropa Şurası problemin ən tez bir zamandahəll olunması üçün bütün səyləri göstərir.

A.Rasizadəe bəyan edib ki, Azərbaycan prezidentinin seçki təcrübəsini təkmilləşdirilməsi barədə fərmanı praktiki olaraq parlament seçkilərinin ən yüksək səviyyədə keçiriləcəyinə ümid etməyə əsas verir.

Xəbər lenti

Xəbər lenti