...

SENTYABRIN 26-28-DƏ ALMANİYADA XƏZƏR REGİONUNDA TƏHLÜKƏSİZLİK MƏSƏLƏLƏRİ ÜZRƏ BEYNƏLXALQ KONFRANS KEÇİRİLƏCƏK

Siyasət Materials 25 Avqust 2005 15:56 (UTC +04:00)

Sentyabrın 26-28-də Almaniyada (Qarmiş-Partenkirşen) Xəzər regionunda təhlükəsizlik məsələləri üzrə beynəlxalq konfrans keçiriləcək. Trend in məlumatına görə, konfrans Corc Marşal adına Avropa müdafiə tədqiqatları mərkəzi tərəfindən təşkil olunub.

Konfransın keçirilməsində əsas məqsəd - təhlükəli vəziyyətlərin aradan qaldırılması məqsədilə Şərqi Avropa və Xəzər hövzəsi ölkələri arasında əməkdaşlığın genişləndirilməsi üzrə səylərin birləşdirilməsidir. ABŞ-ın Müdafiə Nazirliyi konfransın keçirilməsinə bilavasitə dəstək göstərəcək.

Tədbirdə Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Niderland, Norveç, Sloveniya, Türkiyə, Böyük Britaniyadan 50 ekspert, həmçinin NATO, ABŞ-ın dövlət katibliyi, Pentaqon və ABŞ-ın Energetika Nazirliyinin nümayəndələri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti