...

ALİ MƏHKƏMƏDƏ PLENUM KEÇİRİLİB

Siyasət Materials 26 Avqust 2005 18:46 (UTC +04:00)

Azərbaycan Respublikası Ali Məhkəməsində Avqustun 26-da Ramiz Rzayevin sədrliyi ilə növbəti plenum keçirilib. Bu barədə Trend ə Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Ali Məhkəmənin sədri Ramiz Rzayev son illər respublikada dövlətçiliyin möhkəmləndirilməsindən, ölkədə əldə edilmiş iqtisadi nailiyyətlərdən və məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən tədbirlərdən danışıb.

Eləcə də ədalət mühakiməsini həyata keçirmək, qanunun aliliyini təmin etmək məqsədilə məhkəmələrin qarşısnıda dayanan vəzifələrdən söz açıb.

Plenumda Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin sədri Ağababa Babayevin və Nizami rayon Məhkəməsinin sədri Tamella Nəsrullayevanın 2004-cü il və 2005-ci ilin 6 ayı ərzində həmin məhkəmələrdlə görülmuş işlərə dair məlumatları dinlənilib.

Adıçəkilən məhkəmələrin sədrləri və çıxış edənlər bildiriblər ki, göstərilən müddət ərzinndə hər iki rayon məhkəməsində xeyli cinayəi və mülki işlərə, inzibati materiallara və təqdimatlara baxılıb.

Bununla yanaşı Plenumda Nizami rayon Məhkəməsinin işində ciddi nöqsanlar olması barədə iradlar da səslənib. Həmin Məhkəmədə cinayət işlərinə baxılarkən kobud qanun pozuntularına yol verildiyi, məhkəmənin hakimi Vilayət Nadirovun səlahiyyətlərinə xitam verilməsi üçün məsələ qaldırıldığı xüsusi qeyd edilib.

Plenumda Məhkəmə-Hüquq Şurasının Nərimanov rayon Məhkəməsinin hakimi Mavrina Liliya Aleksandrovna barədə 8 aprel 2005-ci il tarixli qərarından verdiyi şikayətə də baxılıb.

Xəbər lenti

Xəbər lenti