...

MİLLİ MƏCLİSİN QADIN DEPUTATLARI ÇİNDƏ KEÇİRİLƏN FORUMDA İŞTİRAK EDİRLƏR

Siyasət Materials 29 Avqust 2005 12:30 (UTC +04:00)

Azərbaycanlı qadın deputatlardan ibarət qrup Çində səfərdədir. Milli Məclisin (MM) mətbuat xidmətindən Trend ə verilən məlumata görə, avqustun 29-31-də Pekində Dünya qadınlarının IV konfransının 10 illiyinə həsr olunmuş forum keçirilir. Forumda silahlı münaqişələr zamanı qadınların rolu və hüquqları, həmçinin onların təhsili və peşəkar hazırlığı ilə bağlı məsələlər, "Qadınlar və ətraf mühit" mövzusu müzakirə olunacaq.

Tədbirdə MM-in deputatları Rəbiyət Aslanova, Gültəkin Hacıyeva, Məlahət Həsənova və Afət Xanbabayeva iştirak edirlər. Onlar forumda çıxış edəcək, Azərbaycanda bu sahədə əldə olunmuş uğurlar, Dağlıq Qarabağ münaqişəsi, qaçqın və məcburi köçkün olan qadınlar haqqında danışacaq, Azərbaycan tərəfinin gündəliyə daxil edilmiş məsələlərə münasibətini bildirəcəklər.

Səfər sentyabrın 2-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti