Sentyabrın 1-də Monakoda Avropa Şurası Parlament Assambleyası (AŞPA) Daimi komitəsinin iclası keçiriləcək.Bu barədə Trend agentliyinə parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidov bildirib.
Onun sözlərinə görə, bu iclasda bəzi üzv dövlətlərinin öhdəlikləri və Büronun struktur iclasına çıxarılacaq məsələlər müzakirə ediləcək.
Daimi komitənin işində Azərbaycanı Səməd Seyidov təmsil edəcək.