...

İLK "A319" AEROBUSU BAKIYA GƏTİRİLİR

Siyasət Materials 2 Sentyabr 2005 16:55 (UTC +04:00)
İLK "A319" AEROBUSU BAKIYA GƏTİRİLİR

"Azərbaycan Hava Yolları" (AZAL) Dövlət konserninin aldığı ilk "A319" aerobusu bu gün saat 18:00-da Azərbaycana gətiriləcək. Bu barədə Trend ə Dövlət Konsernindən məlumat veriblər.

Cari ilin sonuna kimi AZAL 3 belə təyyarə və korportiv "AIRBUS" ACJ avialaynerini alacaq. Ötən il Dövlət konserni texniki heyətə təlim keçirilməsində istifadə olunan "A320" aerobusunu alıb.

Dörd təyyarənin alınması ilə bağlı müqavilə 2004-cü ilin avqustunda Berlində Azərbaycan prezidenti İlham Əliyevini Almaniyaya səfəri zamanı AZAL və Airbus şirkətləri arasında imzalanıb.

Azərbaycana ilk ACJ avialaynerinin gətirilməsi 2005-ci ilin sonlarına təsadüf edəcək. Müqavilənin dəyəri 170 milyn. dollar təşkil edir.

Xəbər lenti

Xəbər lenti