...

TERRİ DEVİS: FUTBOLÇUNU YOX, TOPU VURMAQ LAZIMDIR

Siyasət Materials 5 Sentyabr 2005 21:24 (UTC +04:00)

"Futbolçunu yox, topu vurmaq lazımdır". Bu məsəli Avropa Şurasının (AŞ) baş katibi Terri Devis sentyabrın 5-də Bakıda keçirilən mətbuat konfransında başçılıq etdiyi təşkilatın seçki kampaniyasının Azərbaycan KİV orqanlarında işıqlandırılması məsələsi üzrə mövqeyini şərh edərkən səsləndirib.

"KİV-nin hər-hansı bir siyasi xadimin siyasi görüşlərini tənqid etməsi yol verilən haldır, amma namizədin şəxsiyyətinə təzyiq yolverilməzdir"-deyə T.Devis bəyan edib.O, bildirib ki, "qara piar"a son qoyulmalıdır.

T. Devisin sözlərinə görə, AŞ Azərbaycanda demokratik parlament seçkilərinin keçirilməsində maraqlıdır.Bunun mühüm amiliseçki kampaniyalarının KİV-də obyektiv işıqlandırılmasıdır.

"Mən inanıram ki, Azərbaycanın hazırkı qanunverici bazası ədalətli ıə açıq seçkilərin keçirilməsinə imkan yaradacaq"- T. Devis qeyd edib.O, bildirib ki, Azərbaycan rəhbərliyi həmin istiqamətdə mümkün olan hər bir şeyi edəcək. T. Devisin fikrincə, əsas yeri prezident İlham Əliyevin 11 may tarixli "Seçki təcrübəsinin təkmilləşdirilməsi haqqında" sərəncamı tutur.

"Prezidentin iradəsinə qarşı çıxış edərək seçki qanunvericiliyini pozmağa cəhd edən kəsə qarşı yalnız bir söz, xalqın xəyanətkarı demək olar"- deyə T. Devis qeyd edib.-"Əgər qarşıdakı seçkilərin gedişində pozuntular aşkarlanmasa mən çox təəccüblənərəm.Amma Azərbğaycanın tarixi 6 noyabrda başa çatmır.Biz Azərbaycanın yeni parlamenti ilə işləyəcəyik ki, həmin tövsiyələr nəzərə alınsın".

Sonda T. Devis səsvermə günü markalama boyasından istifadə məsələsi üzrə mövqeyini bildirib və deyib ki, həmin tədbir şübhəsiz müsbətdir və onun Azərbaycanda istifadəsi ədalətli seçkilərin keçirilməsinə kömək edər.

Xəbər lenti

Xəbər lenti