...

ANDREAS HERKEL: AŞ PA-NIN MONİTORİNQ KOMİTƏSİNİN ANTALYADA KEÇİRİLƏCƏK İCLASINDA AZƏRBAYCANLA BAĞLI MƏSƏLƏLƏR MÜZAKİRƏ OLUNMAYACAQ

Siyasət Materials 6 Sentyabr 2005 15:12 (UTC +04:00)

"Mən AŞ PA-nın monitorinq komitəsinin Antalyada keçiriləcək iclasında iştirak etməyəcəyəm, lakin deyə bilərəm ki, Moldova və Ukraynada vəziyyətlə bağlı iclasın gündəliyinə daxil edilən məsələlər əsas müzakirə mövzusu olacaq. Onlar arasında Azərbaycanda vəziyyətlə bağlı məsələ yoxdur". Bu barədə AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi Andreas Herkel Trend ə eksklüziv müsahibəsində bildirib.

"Azərbaycanda vəziyyətlə bağlı məruzələrin layihələri üzrə müzakirələr nəzərdə tutulmayıb, belə ki Azərbaycan üzrə qətnamə AŞ PA-nın iyun sessiyasında qəbul edilib. Əldə olunmuş razılığa əsasən Antalyaya həmməruzəçi Andreas Qross göndəriləcək".

AŞ PA-nın oktyabr sessiyasında Azərbaycan üzrə məsələlərin müzakirəsinin mümkünlüyü barədə suala A.Herkel belə cavab verib: "Hər şey ola bilər. Əgər hər hansı yeni aspekt yaranarsa, müzakirələr də mümkündür. Lakin Azərbaycan üzrə məsələlər artıq iki məruzədə öz əksini tapıb".

O vurğulayıb ki, Avropanın bir çox siyasətçiləri və ictimai xadimləri Azərbaycandakı vəziyyətlə tanışdır və onların bir neçəsi yaxın zamanlarda seçkilərdə müşahidəçi qismində Bakıya gələcəklər.

Qeyd edək ki, sentyabrın 7-8-də Monitorinq komitəsinin iclasında

Azərbaycan Milli Məclisinin 3 deputatı: Bəxtiyar Əliyev, Naira Şahtaxtinski və Asim Mollazadə iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti