...

BEYNƏLXALQ MALİYYƏ KORPORASİYASININ LAYİHƏ MENEQECERİ MİLLİ MƏCLİSİN SOSİAL SİYASƏT DAİMİ KOMİSSİYASININ ÜZVLƏRİ İLƏ GÖRÜŞÜB

Siyasət Materials 6 Sentyabr 2005 16:41 (UTC +04:00)

Beynəlxalq maliyyə korporasmiyasının Orta Asiya və Azərbaycan üzrə layihə meneqeceri Elena Klepikova sentyabrın 6-da Milli Məclisin sosial siyasət daimi komissiyasının üzvləri ilə görüşüb.

Xanım E.Klepikova deyib ki, korporasiya Mərkəzi Asiya və Azərbaycanda İpoteka krediti bazarının formalaşdırılması ilə bağlı layihə həyata keçirmək niyyətindədir.

Görüşünn əsas məqsədi Azərbaycanda İpoteka ilə bağlı yaradılmış qanunvericilik bazası və bu isğtiqamətdə atılan digər addımlarla və ya görüşlərlə maraqlanmaqdır. Onun sözlərinə görə, İpoteka bazarı bazar iqtisadiyyatının tələblərinə uyğun hazırlanmalıdır ki, işlək və səmərəli olsun.

Komissiyanın sədri Xadı Rəcəbli deyib ki ki, Azərbaycanda "İpoteka haqqında" qanun qəbul edilib, amma bu qanun çərçivə qanunudur və hesab edirik ki, qanunun işlək olması üçün bir sıra qanunlar da, o cümlədən "Sosial İpoteka haqqında" qanun qəbul edilməlidir.

Azərbaycan prezidenti "Gənclər siyasəti haqqında" sərəncam imzalayıb, hökumət gənclərin və aztəminatlı ailələrin mənzil təminatını yaxşılaşdırılması istiqamətində bir sıra önəmli addımlar atmaq niyyətindəir.

Amma biz beyynəlxalq təcrübəni öyrənmədən bu addımı ata bilmərik. Ona görə də istəyirik ki, dünya ölkələri və beynəlxalq qurumların təcrübəsini öyrənib öz qanunvericilik bazamızı buna uyğuunlaşdıraq.

Sonra MM-in sədrinin müavini Göhər Baxşəliyeva gənclər, idman və turizm nazirinin müavini İntiqam Babayev ölkədə həyata keçirilən gənclər siyasəti, gənclərə göstərilən dövlət qayğısı və digəər məsələlrlə bağlı ətraflı məluumat verib. Görüşdə qarşılıqlı maraq jdoğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti