...

AZƏRBAYCAN VƏ UKRAYNA PARLAMENT SPİKERLƏRİ İKİTƏRƏFLİ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİB

Siyasət Materials 9 Sentyabr 2005 19:33 (UTC +04:00)

Azərbaycan və Ukrayna parlament spikerləri Nyu-Yorkda ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə edib.Bu barədə Trend ə diplomatik mənbələrdən məlum olub.

Azərbaycan Milli Məclisinin sədri Murtuz Ələsgərov və Ukrayna Ali Radasının sədri Vladimir Litvin öz rəsmi səfərlərinə hazırlıq, gələcək parlamentlərarası əməkdaşlıq barədə razılığa gəlib.

Bundan başqa, tərəflər GÖAM-nın regional təşkilatının inkişafı, onun genişləndirilməsinə yönəldilən gələcək qərarlar qəbul edilməsi və beynəlxalq təşkilatlarla əməkdaşlıq barədə fikirp mübadiləsi aparıb.

Görüş milli parlament sədrlərinin Nyu-Yorkda keçirilən İkinci ümumdünya konfransı çərçivəsində təşkil edilib.

Xəbər lenti

Xəbər lenti