2005-ci il sentyabrın 13-də AR milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov BMT-nin narkotiklər və cinayətkarlıqla mübarizə idarəsinin icraçı direktorunun müavini xanım Sumru Noyanla tgörüşüb.
Görüşdə nazir ölkəmizdə təhlükəsizliyin təmin olunması, sabitliyin qorunması, ciqayətkarlıqla, onun təhlükəli formaları və təzahürləri ilə mübarizədə MTN tərəfindən görülən məqsədyönlü tədbirlərlə bağlı ətraflı məlumat verib.
E.Mahmudovun sözlərinə görə, cari ilin 8 ayı ərzində MTN tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 100 kq-dan artıq narkotik vasitələr aşkar edilmiş, bu, ötən illə müqayisədə 4 dəfə artıq olmuşdur.
Nazirin sözlərinə igörə, MTN -də Ermənistan silahlı qüvvələri tərəifndən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində narkotik vasitələrin kultivasiyası və satışı şəbəkəsinin mövcudluğuna dair əsaslı fakt və sübutlar vardır.
O, həmçinin qeyd edib ki, işğal olunmuş ərazilər narkotranzit üçün əsas marşrut kimi istifadə olunur və bu məlumatlar beynəlxalq təşkilatlara çatdırılıb.Nazir həm də qeyd edib ki, bu vəziyyətdə BMT səviyyəsində müdaxilə zəruridir.
E.Mahmudov qeyd edib ki, respublikanın sürətli iqtisadi inkişafı, BTC neft boru kəmərinin və Cənubi Qafqaz qaz kəmərinin, eləcə də TRASEKA layihəsinin gerçəkləşdirilməsi Azərbaycanı transmilli cinayətkarların diqqət mərkəzinə çevirib, qeyri-qanuni miqrasiyanın artmasına şərait yaradıb.Nazir bildirib ki, bu məsələdə beynəlxalq təşkilatlar və region dövlətləri ilə əməkdaşlıq vacibdir.
S.Noyanın sözlərinə görə, BMT bütün dünyada həyata keçirilən transmilli cinayətkarlıqla mübarizəyə çox böyük önəm verir.O, Azərbaycanda narkomaniya əleyhinə get-gedə gücləndirilən mübarizəni müsbət qiymətləndirib. S.Noyan əmin olduğunu bildirib ki, bundan sonra da BMT ilə Azərbaycanın hüquq-mühafizə orqanları arasında əməkdaşlıq daha da möhkəmləndiriləcək.