...

VƏTƏNDAŞ HƏMRƏYLİYİ PARTİYASI ALİ MƏHKƏMƏYƏ MÜRACİƏT EDİB

Siyasət Materials 14 Sentyabr 2005 14:23 (UTC +04:00)

"Vətəndaş Həmərəyliyi Partiyası (VHP) sentyabrın 14-də Ali Məhkəməyə müraciət edib". Bu barədə Trend agentliyinə VHP mətbuat xidmətinin rəhbəri Anar Niftəliyev bildirib.

Məqsəd 9 saylı Binəqədi ikinci dairə seçki komissiyasının VHP-dən olan katibi Namiq Rəhimovun qanunsuz olaraq vəzifəsindən uzaqlaşdırılmasını aydınlaşdırmaq olub: "Namiq Rəhimov 10 gün işə çıxmadığına görə həmin dairənin sədri Zahid Canayev tərəfindən işdən azad edilib. Rayon məhkəməsinə müraciət edilməsinə baxmayaraq seçki dairəsinin qərarı qüvvədə saxlanılıb".

Bundan sonra N.Rəhimovun Binəqədi rayon məhkəməsinin qətnaməsindən Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına şikayət etdiyini deyən A.Niftəliyev hakim Asif Allahverdiyevin sədrliyi ilə keçən iclasda Binəqədi rayon məhkəməsinin qətnaməsinin qüvvədə saxlanıldığını bildirib.

"Namiq Rəhimov 10 gün işə çıxmasa da, əlində tibbi arayışı var. Ancaq məhkəmədə bu sənədə əhəmiyyət verilməyib", - deyən A.Niftəliyev Mərkəzi Seçki Komissiyasından (MSK) VHP-yə N.Rəhimovun yerinə başqa adamın təyin edilməsiylə bağlı müraciətinə baxmayacaqlarını qeyd edib.

Qanunun aliliyinin bərqərar olunması üçün MSK, bir sıra beynəlxalq təşkilatlara və siyasi partiyalara da müraciət edildiyini deyən A.Niftəliyev işə Ali Məhkəmənin qanun çərçivəsində baxılacağına ümid etdiklərini bildirib.

Xəbər lenti

Xəbər lenti