...

TÜRK MİLLƏTÇİLƏRİ ACLIQ AKSİYASI PLANLAŞDIRIR

Siyasət Materials 16 Sentyabr 2005 16:27 (UTC +04:00)

"Türk Millətçi Partiyasının (TMP) üzvləri Mərkəzi Seçki Komissiyasının (MSK) qərargahı qarşısında piket keçirəcək". Bu barədə Trend agentliyinə TMP sədri Vüqar Bəyturan bildirib.

Piketi keçirməkdə məqsəd V.Bəyturanın 70 saylı Masallı seçki dairəsindən namizədliyinin qeydə alınmaması ilə bağlı olacaq.

Partiyanın Siyasi Şurası məsələ ilə bağlı bəyanat qəbul edib: "Partiya sədri Iüqar Bəyturanın seçkilərdən kənarda qalmasına Mane olan şəxslər qanun çərçivəsində cəzalarını almalıdır. Əks təqdirdə, TMP tərəfindən aramsız aksiya və etiraz piketləri keçiriləcək".

TMP sədri məsələ ilə bağlı Milli Demokratiya İnstitutuna, Beynəlxalq Respublikaçılar İnstitutunun nümayəndəliyinə, ABŞ və Norveçin ölkəmizdəki səfirliyiklərinə müraciət edib: "Apellyasiya Məhkəməsinin məsələ ilə bağlı çıxardığı qərardan Ali Məhkəməyə kassasiya şikayəti verəcəm. Məsələ qanun çəiçivəsində həll olunmazsa onda etiraz əlaməti olaraq aclıq aksiyası formasına əl atmalı olacağıq".

Qeyd edək ki, V.Bəyturan "Müstəqil Gənclər" Seçki Blokunun dəstəklədiyi namizədlər siyahısındadır.

Xəbər lenti

Xəbər lenti